ABŞ Prezidenti Donald Tramp Hökumətin Fəaliyyətinin Səmərəliliyi Departamentinə nəzarət edən İlon Maskın maraqlarının toqquşması ola biləcəyi dövlət layihələrində, o cümlədən kosmik inkişaf sahəsində iştirakına icazə verməyəcəyini bildirib.

Bunu Amerika lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandıranda deyib.

“Mən heç bir maraq toqquşmasına yol verməyəcəyəm”, – Tramp bildirib.