ABŞ Prezidenti Donald Trampın neft hasilatının 2 milyon barrelə artırılması ilə bağlı istəyinə Səudiyyə Ərəbistanı Kralı Salman müsbət cavab verib

Bu barədə məlumatı Donald Tramp Tvitter hesabında qeyd edib.
“Bir az əvvəl Səudiyyə Ərəbistanı Kralı Salman ilə danışdıq. İran və Venesuelada baş verən gərginliyə görə neft çatışmazlığının qarşısını almaq məqsədi ilə Səudiyyə Ərəbistanından hasilatı 2 milyon barrelə qədər artırmağı istədim. Qiymətlər çox yüksəkdir. Kral qəbul etdi”, – Tramp bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ prezidentinin Tvitini təsdiqləyən və ya inkar edən heç bir açıqlama verməyib.

İstinadlar Axar