ABŞ Prezidenti Donald Tramp Kanadada növbədənkənar parlament seçkiləri günü növbəti dəfə bu ölkənin Amerikanın 51-ci ştatı olmalısının zəruriliyini vurğulayıb.

O, bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.

“Kanadanın ABŞ-nin dəyərli 51-ci ştatı olması ilə vergilərinizi yarıbayarı endirmək, hərbi gücünüzü heç bir ödəniş etmədən dünyada ən yüksək səviyyəyə çatdırmaq və avtomobil, polad, alüminium, odun, energetika və digər sənayelərinizi dörd dəfə artırmaq üçün gücü və müdrikliyi olan adamı seçin. Daha aramızda uzun illər öncə çəkilmiş süni sərhəd olmasın”, – Tramp yazıb.

O, Kanadanın ABŞ-yə qoşulmasının heç bir mənfi tərəfinin olmayacağını iddia edib: “Amerika keçmişdə olduğu kimi Kanadaya daha ildə yüz milyardlarla dollar verə bilməz. Kanada ştatımıza çevrilməyincə bunun heç bir mənası yoxdur”.