ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.

Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.

“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, – deyə dövlət başçısı bildirib.

O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib.

“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, – deyə Tramp əlavə edib.

İstinadlar Report