ABŞ prezidenti Donald Tramp İranın Amerika sanksiyalarının ləğvindən sonra danışıqların keçirilməsi çağırışını dəstəkləməyib.

O, bununla bağlı fikirlərini özünün “Twitter” səhifəsində yerləşdirib.

“İranın xarici işlər naziri bildirib ki, İran ABŞ-la danışıqlar aparmağı arzu edir, amma istəyir ki, sanksiyalar götürülsün. Xeyr, təşəkkür”, – deyə ABŞ administrasiyasının başçısı reaksiya verib.

Daha əvvəl İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsinə baxmayaraq Amerika tərəfi ilə danışıqlar imkanlarını istisna etməyib. Nazirin sözlərinə görə, Tramp administrasiyası keçmişi düzəldə, sanksiyaları çıxara və danışıqlar masasına qayıda bilər.

İstinadlar Report