ABŞ prezidenti Donald Tramp növbəti dəfə İranla müharibənin başlayıb-başlamayacağı barədə danışıb.

Ağ Ev rəhbəri bildirib ki, o, ABŞ-la İran arasında müharibənin olmayacağına ümid edir.

Dövlət başçısı həmçinin əlavə edib ki, iki ölkənin hərbi münaqişəsi “uzun müddət davam etməyəcək”. Tramp vurğulayıb ki, ABŞ İrana hərbi kontingenti göndərməyə başlamazdı. Ağ Ev rəhbəri bu vəziyyəti şərtləndirən səbəblər barədə danışmayıb.

İstinadlar Report