ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.

Müvafiq memorandum Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd edilir ki, qərar ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin aprel hesabatı da daxil olmaqla Konqresə məruzələrinin dəqiq müzakirəsindən, xüsusi halda dünyanın iqtisadi şəraitinin mövcud amilləri, müəyyən ölkələrin neft hasilatının artımı, eləcə də digər faktorlar nəzərə alınmaqla qəbul edilib.

Bundan başqa, prezident “vəziyyəti diqqətlə izləməyə” söz verib.

İstinadlar Report