ABŞ-ın keçmiş prezidenti Donald Tramp səlahiyyət müddəti başa çatdıqdan sonra Floridadakı Mar-a-Laqo mülkünə uçub.

Bu barədə “The Washington Examiner” məlumat verib.

Qeyd olunub ki, Floridada keçmiş prezidenti “Evə xoş gəldin” şüarları səsləndirən kütlə qarşılayıb.

Nəşrin yazdığına görə, ertəsi gün “Uest Palm Biç” qolf klubuna, ehtimal ki, Trampı müşayiət edən və pəncərədən içərisi görünməyən 12 avtomobil gəlib.

İstinadlar Report