ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra 100 gün ərzində Çinə səfər etməyi planlaşdırır.

Tramp Çin Sədri Si Cinpinlə əlaqələri gücləndirmək üçün bu ölkəyə getmək arzusunu müşavirlərinə bildirib. Nəşr qeyd edib ki, səfərlə bağlı yekun qərar qəbul olunmayıb, lakin Amerikanın seçilmiş lideri bu səfəri vəzifəyə başladıqdan sonra ilk 100 gün ərzində həyata keçirmək arzusunda olduğunu bildirib.

Tramp Çinə sonuncu dəfə 2017-ci ildə səfər edib. Nəşr qeyd edib ki, Tramp və Si Cinpin köməkçiləri vasitəsilə şəxsi görüş imkanını müzakirə ediblər, respublikaçı Çin prezidentini ABŞ-yə dəvət edib.

ABŞ-nin yeni seçilmiş lideri cümə günü Si Cinpin ilə telefon danışığı aparıb və bildirib ki, Vaşinqton və Pekin yaxın gələcəkdə bir çox problemləri birlikdə həll edəcək.

Çinin Sədrinin müavini Han Çjen Si Cinpinin xüsusi nümayəndəsi kimi yanvarın 20-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

İstinadlar Report