
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bu gün baş tutacaq inauqurasiya mərasimi üçün rekord məbləğ – 250 milyon dollar vəsait toplayıb.
Vəsait Trampın və onun vitse-prezidenti Ceyms Devid Vensin inauqurasiya komitəsi, eləcə də inauqurasiya tədbirlərinin keçirilməsi üçün vəsait toplayan digər iri təşkilatlar tərəfindən toplanıb. Respublikaçının 2017-ci ildə baş tutmuş əvvəlki inauqurasiyası cəmi 107 milyon dollar toplamışdı.