
Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ondan ABŞ-nin HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı soruşulub. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, – Tramp bildirib. “Biz Qəzza ilə nə baş verəcəyini görəcəyik, lakin Yaxın Şərqdə çox irəliləyiş əldə etdik”, – o vurğulayıb.