
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb, əks halda ciddi nəticələrlə hədələyib.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşımında bildirib.
“Bütün girovları indi azad edin, sonra deyil <…>. Əks təqdirdə sizin üçün hər şey bitdi. Sizin gözəl gələcəyiniz ola bilər, amma girovları saxlamağa davam etsəniz, bu belə olmayacaq. Ağıllı qərar qəbul edin — onları indi azad edin, yoxsa bunun bədəlini ödəməli olacaqsınız”, — Tramp yazıb.