ABŞ-ın keçmiş prezidenti və yeni müddətə dövlət başçısı olmağa namizəd Donald Tramp etiraf edib ki, biznes sənədlərini saxtalaşdırdığına görə ona qarşı iş üzrə Nyu-Yorkda hakim müvafiq qərar qəbul edərsə, o, həbs cəzasına hazırdır.

Bu barədə “Fox News” xəbər verib.

ABŞ-ın keçmiş prezidentinə ev dustaqlığına, yoxsa cəza kimi həbs edilməsinə hazır olub-olmadığı soruşulub. O isə cavabında deyib: “Mən bununla razı olacam”. O, belə bir nəticənin mümkünlüyünü etiraf edib.

Qeyd edək ki, Nyu-Yorkda hakimlər heyəti ABŞ-nin sabiq prezidenti Donald Trampı keçmiş pornoaktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organisation”un maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirkar bilib.

İstinadlar Report