
ABŞ-də yeni seçilmiş prezident Donald Tramp hakimiyyətinin ilk günündən etibarən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq.
Bu barədə Trampın yeni komandasında sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Hovman bildirib.
Qeyd olunub ki, yanvarın 21-dən etibarən ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması və deportasiyası istiqamətində işlər başlayacaq.
Trampın komandası ilk növbədə cinayət törətmiş miqrantları da hədəf alacaqlarını açıqlayıb. Buna baxmayaraq, bildirilib ki, tədbirlər ABŞ-dakı bütün qeyri- qanuni miqrantlara aid ediləcək.