
Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Rusiya-ABŞ danışıqlarını çox yaxşı adlandırıb.
Bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb.
Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. “Mən daha çox əminəm ki, onlar (danışıqlar – red.) çox yaxşı olub”, – o, jurnalistlərə deyib.