
Ağ Ev rəhbəri Donald Tramp əmindir ki, ABŞ bir sıra ölkələrə tariflərin artırılmasını təxirə salmağı göstəriş verdiyi 90 günlük müddət bitmədən Avropa İttifaqı (Aİ) üzvləri ilə ticarət sazişi bağlaya biləcək.
O, bunu Ağ Evdə İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Təbii ki, ticarət sazişi olacaq. Aİ ölkələri bunu çox istəyirlər. Biz ticarət sazişi bağlayacağıq. Mən bunu tamamilə gözləyirəm. Bu, ədalətli razılaşma olacaq”, – Tramp bildirib.
Tramp əmin edib ki, ABŞ digər ölkələrlə ticarət sazişləri bağlamağa “tələsmir”.