ABŞ prezidenti Donald Tramp əfqanıstanlı həmkarı Əşraf Qanini ölkəsinə rəsmi səfərə dəvət edib.

Bu barədə Əfqanıstan prezidentinin rəsmi nümayəndəsi Sedik Sediki özünün “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, dəvət qəbul olunub.

Qeyd olunub ki, iki lider arasında baş tutan telefon danışığı zamanı Əfqanıstandakı mövcud vəziyyətin nizamlanması məsələsidə müzakirə olunub.

Bundan əlavə, Tramp, Əfqanıstanda Amerika Universitetindən olan iki professorun azad edilməsində etdiyi əməkdaşlığa görə Qaniyə təşəkkür edib.

İstinadlar Report