ABŞ Prezidenti Donald Tramp dünyadakı münaqişələrin həllində iştirak edəcəyini bildirib.

“Bizim uğurumuz təkcə qalib gəldiyimiz döyüşlərdən yox, həm də bitirdiyimiz müharibələrdən ibarət olacaq. Müharibələrə cəlb edilməmək vacib olacaq”, – Tramp deyib.

“Mən sülhməramlı və insanları bir araya gətirən insan olmaq istəyirəm”, – ABŞ rəhbəri əlavə edib.

O, eyni zamanda ABŞ Ordusunun gücləndirilməsinə diqqət yetirəcəyinə söz verib.

“Biz 2017-ci ildə etdiyimiz kimi (Trampın birinci prezidentliyi dövründə – red) bir daha dünya tarixinin ən güclü ordusunu quracağıq”, – Tramp vurğulayıb.

İstinadlar Report