
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145 % gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır.
Bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Müəyyən məqamda onların (tariflərin – red.) daha yüksək olmasını istəmirəm. Ona görə də mümkündür ki, mən onları daha yüksək, hətta müəyyən səviyyəyə qaldırmaq istəməyim. Ola bilər ki, aşağı salmaq istəyim ki, insanlar alsın, müəyyən məqamda isə almasınlar”, – dövlət başçısı bildirib.