ABŞ prezidenti Donald Tramp Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırılmasına cavab olaraq Birləşmiş Ştatların Çindən idxal etdiyi mallara rüsumları artırmaq qərarı haqqında bildirib.

Bu barədə ABŞ lideri özünün “Twitter”dəki səhifəsində yazıb.

” Çinin 75 milyard dollar (bu qiymətdə Amerika məhsullarına) yeni rüsumlar tətbiq etməsi lazım deyildi (siyasi cəhətdən əsaslandırılmış). Oktyabrın 1-dən başlayaraq, Çinin 250 milyard dollarlıq mallarına, hansılar ki, hazırda 25% vergi rüsumları tətbiq edilir, 30% vergi rüsumları qoyulacaq. Bundan başqa, Çindən qalmış 300 milyard dollarlıq məhsullara, hansı ki, sentyabrın 1-dən 10 faiz tarif qoyuacaqdı, həmin məhsullara 15% tariflə vergi qoyulacaq”, – deyə prezident yazıb.

İstinadlar Report