ABŞ Prezidenti Donald Tramp Amerika məhsullarına tariflər tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab rüsumları ilə cavab verib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

O əlavə edib ki, yeni tariflər polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq.

“Əgər məhsullarınızı ABŞ-də istehsal etsəniz, heç bir rüsum olmayacaq”, – Tramp vurğulayıb. Onun fikrincə, rüsumlar illər əvvəl tətbiq edilməli idi.