ABŞ prezidenti Donald Tramp ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq, bütün ölkələr üçün 10%-lik idxal tariflərini qüvvədə saxlamaq niyyətindədir.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə məlumat verib.

“Prezident yalnız Böyük Britaniya üçün deyil, digər ölkələrlə ticarət danışıqları üçün də 10%-lik əsas tarifə sadiqdir”, – deyə Livitt ABŞ-nin digər ölkələrlə ticarət danışıqları başa çatdıqdan sonra da universal 10%-lik idxal tariflərinin qüvvədə qalacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, tariflər mümkün ticarət sazişlərindən sonra da qüvvədə qalacaq. “Prezident 10%-lik əsas tarifi saxlamaqda qərarlıdır. Mən indicə onunla bu barədə danışdım”, – deyə mətbuat katibi əlavə edib.

İstinadlar Report