Ağ Evin yeni rəhbəri Donald Tramp inauqurasiyadan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşünü təxirə sala bilər.

Yeni seçilmiş prezidentin baş məsləhətçiləri indi Britaniya Baş nazirinin dünya liderləri növbəsinin sonunda yer alıb-almaması ilə bağlı müzakirələr aparırlar.

Adı açıqlanmayan Trampın əməkdaşı deyib ki, Britaniyanın Baş naziri tezliklə Ağ Evə səfərini təmin etmək istəsə, təhqirlərə həlimliklə dözməli olacaq.

Qeyd olunub ki, Trampın Ağ Ev komandası mümkün erkən baş nazir seçkilərində Britaniyanın İslahat Partiyasının rəhbəri Naycel Farajı dəstəkləyir.