
ABŞ prezidenti Donald Tramp bildirib ki, bir çox dünya liderləri və iş adamları Vaşinqtondan gömrük rüsumlarını azaltmağı xahiş edirlər.
Bunu ABŞ lideri “Truth” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ öz sərvətlərini bərpa etməyə və ticarət əlaqələrində əsl qarşılıqlılıq yaratmağa ümid edir: “Onlar əvvəlki səhvləri düzəltməlidirlər”.
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10 faizlik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.