ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə görə sələfi Barak Obamanı günahlandırıb
Tramp baş verən faciənin Obama administrasiyasının “zəifliyi” və “qətiyyətsizliyinin” nəticəsi olduğunu bəyan edib.
ABŞ dövlət katibi Reks Tillerson isə Əsədin bu hərəkətini qəddarlıq adlandırıb: “Bəşər Əsədin bu şəkildə hərəkət etdiyi açıqdır. Bu qəddarlıq, utanmaz barbarlıqdır”.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi nəticəsində 11-i uşaq olmaqla 58 nəfərin faciəvi şəkildə qətlə yetirilməsinə dünya liderləri sərt təpki verib.
Azərbaycan24 sosial şəbəkələrdə