ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

Bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

“Co Baydenin məxfi məlumatlara çıxışını davam etdirməsinə heç bir ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin məxfi məlumatlara buraxılışını ləğv edir və onun üçün gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp qeyd edib.

İstinadlar Report