“ABŞ 50 hərbçisini Suriyanın Türkiyə ilə sərhəd bölgələrindən çıxarmağa məcbur olub”.

Bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki səhifəsində yazıb.

Ağ ev sahibi vurğulayıb ki, müxtəlif qruplar arasında yüz illərdir döyüşlər davam edir: “ABŞ gərək heç vaxt Yaxın Şərqə daxil olmayaydı. 50 əsgərimizi bölgədən çıxarmağa məcbur olduq. Türkiyə Avropanın qəbul etməkdən imtina etdiyi əsir götürülmüş İŞİD döyüşçülərini nəzarət altına almalıdır. Axmaq, bitməyən müharibələr bizim üçün sona çatır”.

İstinadlar Report