
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Meksikaya ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinə (USMCA) daxil olan mallara aprelin 2-dək rusumları dayandırdığını bildirib.
Bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdıqdan sonra razılaşdım ki, Meksika USMCA-nın əhatə etdiyi heç bir şey üçün rüsumları ödəməli olmayacaq. Bu razılaşma aprelin 2-dək qüvvədədir”, – Tramp qeyd edib.
O, bunu Şeynbauma hörmət əlaməti kimi ifadə edib.