
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp andiçmə günü “TikTok” sosial şəbəkəsinin qadağan edilməsini təxirə salan fərman imzalamağı planlaşdırdığını açıqlayıb.
Bu barədə siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən şirkətlərdən “TikTok”un bağlanmasına yol verməməyi xahiş edirəm. Bazar ertəsi qanunverici qadağanın qüvvəyə minməsindən əvvəlki dövrü uzatmaq üçün fərman imzalayacağam. Bu, milli təhlükəsizlik maraqlarımızın qorunması üçün razılığa gəlməyə imkan verəcək”, – o yazıb.
Seçilmiş prezident əlavə edib ki, birgə biznes çərçivəsində ABŞ-nin sosial şəbəkənin 50 %-nə “sahib olmasını” istərdi.