ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı sanksiya tətbiq olunması məsələsini yenə də nəzərdən keçirir, lakin hələ qərar qəbul olunmayıb.

O bunu cümə axşamı jurnalistlərə açıqlamasında deyib.

“Biz bunu (Türkiyəyə qarşı sanksiyaları – red.) nəzərdən keçiririk”, – deyə Tramp söyləyib və bu barədə qərarın olmadığını əlavə edib.

Bir müddət əvvəl analoji suala cavab verən ABŞ prezidenti ölkəsinin hazırda sanksiyaların nəzərdən keçirilmədiyini bildirmişdi.

İstinadlar Report