ABŞ Prezidenti Donald Tramp biznesdə üstünlüklər əldə etmək məqsədilə xarici dövlət məmurlarına rüşvət verməkdə ittiham olunan Amerika vətəndaşları və şirkətlərinin təqibinin Ədliyyə Nazirliyi tərəfindən müvəqqəti dayandırılması barədə fərman imzalayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Sənəd faktiki olaraq 1977-ci ildən qüvvədə olan Xaricdə korrupsiya haqqında qanunu (FCPA) zəiflədir. Fərmana əsasən, baş prokuror Pem Bondi FCPA üzrə araşdırmaları dayandırmalı və onun tətbiqi üçün yeni təlimatlar hazırlamalıdır.

Ağ Evdə bildiriblər ki, antikorrupsiya qanunu “beynəlxalq şirkətlər arasında adi hal” olan praktikada iştirakı qadağan etməklə Amerika biznesini xarici rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salıb.