Keçmiş Amerika lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini dərhal bağlayacağına söz verib.

Bu barədə ABŞ-nin keçmiş prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən sizin prezidentiniz olanda biz dərhal sərhədi bağlayacağıq, (miqrantların – Red) işğalını dayandıracağıq və Amerika tarixində ən böyük qanunsuz cinayət deportasiya əməliyyatına birinci gündən başlayacağıq”, – siyasətçi qeyd edib.