
ABŞ prezidenti Donald Tramp ABŞ-nin Qəzza zolağını satın alması ehtimalını istisna edib.
Bu barədə o, Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşdə deyib.
“Heç nə almayacağıq. Biz onu (Qəzza zolağı – Qeyd) əldə edəcəyik, özümüzdə saxlayacağıq və əmin olacağıq ki, orada sülh və heç bir problem olmasın. Biz onu (Fələstin anklavını – Qeyd) düzgün idarə edəcəyik”, – Tramp bildirib.
Eyni zamanda, Ağ Ev rəhbərinin sözlərinə görə, onun planı anklavda mehmanxanaların, ofis binalarının, yaşayış evlərinin tikintisini nəzərdə tutur.