ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin əsas biotibbi institutu olan Milli Səhiyyə İnstitutunun (NIH) fəaliyyətini dayandırıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Tramp administrasiyası ABŞ-nin həyati əhəmiyyət kəsb edən biotibbi tədqiqat qolu olan Milli Səhiyyə İnstitutunun işini dayandırıb. Qrantların nəzərdən keçirilməsi, səfərlər və işə qəbul qeyri-müəyyən müddətə dondurulub. NIH-in əməliyyatlarında hətta kiçik fasilələr belə, xüsusilə də gənc tədqiqatçılar üçün, ciddi nəticələrə səbəb ola bilər”, – agentlikdən bildirilib.

Qeyd edilib ki, biotibbi tədqiqatlara investisiyalar ABŞ iqtisadiyyatına ciddi xeyir verir.Elmə yatırılan hər 1 dollar 2,46 dollarlıq iqtisadi aktivliyə çevrilir.

İstinadlar Report