ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Birləşmiş Ştatlarda tətbiqini istisna etmir.

Bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ rəhbərinin özü ilk olaraq peyvənd etdirməyə hazırdır.

O, Trampın özündən sitat gətirib: “Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır”.

İstinadlar Report