ABŞ prezidenti Donald Tramp Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsindən istefaya göndərib.

Bu barədə “Washington Post” xəbər verir.

Qeyd olunur ki, onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo əvəz edəcək.

D.Tramp “Twitter” səhifəsində işlədiyi müddətdə gördüyü işlərə görə R.Tillersona təşəkkür edib və yeni dövlət katibi M.Pompeonun bu vəzifədə uğurlu olacağına əminliyini qeyd edib.

İstinadlar Report