ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların koronavirus əleyhinə peyvəndi bir neçə həftə ərzində hazır olacaq.

“Peyvənd gəlir, o hazırdır, onu həftələr ərzində elan edəcəklər”, – Tramp prezidentliyə namizəd Co Baydenlə debatda deyib.

“Bu zəmanət verilməmiş (peyvənddir-red)”, – dəqiqləşdirici suala cavab olaraq Tramp etiraf edib. Ancaq onun sözlərinə görə, peyvəndin ilin sonundan tez hazır olacağı şansı var.

İstinadlar Report