ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərini terror təşkilatları kimi tanıyacağını açıqlayıb.

Bu barədə o, andiçmə mərasimində çıxışı zamanı bildirib.

“Bu gün imzaladığım sərəncama əsasən, biz kartelləri xarici terror təşkilatları kimi tanıyacağıq”, – ABŞ lideri inauqurasiya nitqində deyib.

Qeyd edək ki, Tramp bundan əvvəlki hakimiyyəti dövründə Meksika narkotik kartellərini terrorçu qruplar kimi təsnif etmək niyyətində olduğunu açıqlasa da, sonradan bu qərarın verilməsini təxirə salıb.