ABŞ ərazisi yaxın zamanda əhəmiyyətli dərəcədə genişlənə bilər.

Bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasda (Nevada ştatı) çıxışı zamanı deyib.

“Yaxın gələcəkdə ölkəmiz çox əhəmiyyətli dərəcədə böyüyə bilər. Tezliklə biz ölkə olaraq böyüyə bilərik”, – Tramp bildirib. O bunun necə baş verə biləcəyini açıqlamayıb.

Yeni Amerika lideri daha əvvəl dəfələrlə Kanadanın ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu bildirmiş, bu halda ona hərbi və digər üstünlüklər söz vermişdi. Kanada iqtidarı bunun heç vaxt baş verməyəcəyini bildirmişdi.

İstinadlar Report