
ABŞ Prezidenti Donald Tramp ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) fəaliyyətindən narazıdır.
Tramp qəzəblidir və bu barədə artıq sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyasına məsul olan Tomas Homan və daxili təhlükəsizlik naziri Kristi Noemi məlumatlandırıblar. “O, daha çox insanın deportasiya edilməməsindən dəli olur”, – NBC-nin adsız həmsöhbəti Trampın reaksiyasını təsvir edib.
Telekanalın məlumatına görə, Homan da ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin göstəricilərdən narazıdır və ölkə ərazisində qanunsuz yaşayan daha çox insanın saxlanılmasını və deportasiyasını tələb edir.