ABŞ Prezidenti Donald Tramp ABŞ Konstitusiyasına odlu silah sahibliyi hüququnu təmin edən ikinci düzəlişin müdafiəsi ilə bağlı fərman imzalayıb.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Sənədin müddəalarına əsasən, ABŞ-nin ədliyyə naziri – baş prokuror Pem Bondiyə 30 gün ərzində Amerika hakimiyyətinin bütün əvvəlki sərəncam və normativlərini, həmçinin Vaşinqtonun daxil olduğu beynəlxalq sazişləri “ikinci düzəlişlə təmin edilən hüquqlara müdaxilə” baxımından araşdırmaq tapşırılıb.

Bondiyə həmçinin Ağ evin Daxili Siyasət Şurası ilə birlikdə “ikinci düzəlişlə təmin edilən bütün amerikalıların hüquqlarını qorumağa” yönəlmiş “prezidentin fəaliyyət planı”nı hazırlamaq tapşırılıb.