ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak imkanını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

Ağ Evin 45-ci rəhbəri Britaniyanın GB News telekanalının efirində müvafiq bəyanatla çıxış edib.

Böyük siyasətə qayıtmağa hazır olub-olmaması ilə bağlı suala verdiyi cavabda Tramp başqa cür edə bilməyəcəyini vurğulayıb: “Ölkənizi sevirsinizsə, seçiminiz yoxdur, ona görə də bu sual deyil”.

O, insanlara kömək etməyi xoşladığı üçün siyasətlə məşğul olduğunu da bildirib.

Tramp Rusiya ilə guya əlaqələri barədə məlumat yayan Demokratlar Partiyasından olan rəqiblərini də tənqid edib.