ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində doğulan ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv etmək istəyir.

“Biz buna ciddi yanaşırıq “-deyə o bildirib.

Qeyd edək ki, cari ilin 15 oktyabr tarixindən başlayaraq, özlərini təmin edə bilməyən şəxslər ABŞ-da daimi yaşayış və iş hüququ əldə edə bilməyəcək.

Ağ Ev qeyd edib ki, yeniliklər Amerika vergi ödəyicilərini və həqiqətən dövlət köməyinə ehtiyacı olan vətəndaşları qoruyacaq.

İstinadlar Report