ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər Cənubi Afrika Respublikasına bütün maliyyə yardımını dayandıracaq.

Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

“Cənubi Afrika Respublikasında torpaqları müsadirə edirlər və müəyyən təbəqələrə qarşı çox pis rəftar edirlər. Radikal sol medianın dilə gətirmək belə istəmədiyi iyrənc bir vəziyyətdir”, – o yazıb.

İstinadlar Report