ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 2021-ci ilin yanvarında Konqresin binasına (Kapitoliyə) basqında təqsirli bilinərək həbs olunanları əfv etmək niyyətindədir.

Bu barədə Tramp “Time” nəşrinə müsahibəsində söyləyib.

“Hər bir işə ayrıca baxacağam və insanlar zorakılıq etməyiblərsə, düşünürəm ki, onlar artıq kifayət qədər ağır cəza çəkiblər”, – o deyib.

Tramp əlavə edib ki, vəzifəyə gəldikdən dərhal sonra ilk bu işlə məşğul olacaq. “Bəlkə də səlahiyyət müddətimin ilk 9 dəqiqəsində bunu etdim”, – o bildirib.

İstinadlar Report