
Prezident Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işçilərini 30 dəfədən çox ixtisar etməyi planlaşdırır – dünya üzrə indiki 10 min nəfərdən 294-ə qədər.
Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Agentlik adı açıqlanmayan dörd şəxsə istinad edərək bildirib ki, USAID-in bəzi əməkdaşları artıq işdən çıxarıldıqları barədə bildirişlər alıblar.
Bundan əvvəl “ABC” telekanalı məlumat verib ki, ABŞ Dövlət Departamenti USAID-in bütün əməkdaşlarını fevralın 8-dək xaricdəki missiyalardan geri qaytarmağı planlaşdırır.