Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün imkanlar mövcuddur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Aİ Yerevanın Bakıya göndərdiyi ən son təkliflərin də daxil olmaqla tərəflər arasında məsələ ilə bağlı layihə mətnlərinin davamlı mübadiləsini müsbət qiymətləndirir:

“Biz hər iki tərəflə daimi təmasdayıq. İnanırıq ki, tərəflər arasında, xüsusən də Prezident Mişel tərəfindən ən yüksək səviyyədə dəstəklənən, bir neçə il davam edən danışıqlar və müzakirələrdən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün elementlər mövcuddur”.

Xüsusi nümayəndənin normallaşma prosesini və sülh gündəmini irəli aparmaq üçün bundan sonra da səfərləri davam etdirəcək.

İstinadlar Report