Yaponiyanın nəhəng avtomobil korporasiyası “Toyota” uçan nəqliyyat vasitələrinin hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Joby Aviation” şirkətinə $394 milyon sərmayə qoyur.

“Hava daşımaları “Toyota” şirkətinin uzunmüddətli hədəfi idi. Hələ ki avtomobil biznesində işimizi davam etdiririk, indiki razılaşma isə bizə səmaya baxış yönəltməyə imkan verir. Biz “Joby” şirkəti ilə birgə hava daşımaları məsələsini həll etmək və nəqliyyat sahəsində dəyişikliklər üçün potensialı inkişaf etdirmək niyyətindəyik” – deyə “Toyota” şirkətinin prezidenti Akio Toeda qeyd edib.

Hər iki şirkət uçan taksi texnologiyalarını sonrakı kütləvi istehsal məqsədi ilə inkişaf etdirmək niyyətindədir. Tərəflər əməkdaşlığın daha konkret planlarını sonra elan edəcəklər.

Hazırda “Joby Aviation” artıq 6 rotor və elektrik mühərrikinə malik “S4” modelinə malikdir. Bu nəqliyyat vasitəsi 4 sərnişini təxminən 200 km məsafəyə daşımaq imkanına malikdir.

Emil Hüseynov

İstinadlar ict news