Yaponiyanın avtomobil nəhəngi “Toyota” şirkəti bu ilin sonunda dünyada ən populyar biznes-sinif sedanlardan olan “Camry” modelinin daxili bazar üçün istehsalını dayandıracaq.

Buna səbəb həmin modelin daxili bazarda satışlarının ildən-ilə azalmasıdır.

Belə ki, ötən il Yaponiyada cəmi 6 min ədəd “Camry” satılıb. Odur ki, həmin modelin istehsalı yalnız xarici bazarlar üçün davam etdiriləcək.

İstinadlar Report