Axşam saatlarında Samux-Gəncə yolunda “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hərəkətdə olan avtomobilin aşması nəticəsində sürücü Rasim Hüseynov və hələlik adları məlum olmayan iki sərnişin yaralanıb.

Qəzaya yüksək sürət səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən şəxslər toydan qayıdırlarmış.

Elmar Əli



İstinadlar Qafqazinfo